525.Az

“Neftçi” rəsmisi “İnter”in prezidentini təhqir etdi


 

“Neftçi” rəsmisi “İnter”in prezidentini təhqir etdi<b style="color:red"></b>

“Neftçi” xalqın komandasıdır. Komandamız haqqında belə ittiham səslənirsə, biz də fikrimizi bildirəcəyik”.

Bu açıqlamanı apasport.az saytına “Neftçi” klubunun rəisi Güloğlan Cabbarov deyib.

“İnter”in prezidenti Georgi Nikolov Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Neftçi”yə uduzduqları oyundan sonra “ağ-qaralar” haqda sərt ittiham səsləndirib. O, “Neftçi” klubunun şərəfindəki ləkənin böyük olduğunu yazıb.

Cabbarov öncə Nikolovun belə fikir səsləndirməsinə inanmadığı bildirsə də, ardından boqarıstanlıya belə cavab verib: “İnanırsınız, şoka düşdüm. Bundan artıq pis söz ola bilməz. Özü də bunu Nikolov deyə. Əgər həqiqətən də deyibsə, şərəfsiz elə Georgi Nikolovun özüdür”.

 





01.04.2013    çap et  çap et