525.Az

“Dovşan” ləqəbli polis mafiya başçısı saxlanıldı


 

“Dovşan” ləqəbli polis mafiya başçısı saxlanıldı<b style="color:red"></b> Dağıstanda sifarişli qətllərdə şübhəli bilinən polis kapitanı saxlanılıb.

Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi məlumata görə, Mahaçqalanın Kirovsk rayon Polis Şöbəsində çalışan 25 yaşlı “Dovşan” ləqəbli Maqomed Axmedov prokurorluq işçilərinin rəhbərlik etdiyi cinayətkar qruplaşma ilə birgə 6 nəfər vəzifəli şəxsin qətlini sifariş edibmiş.

Maqomed Axmedov saxlanılandan sonra əməllərini etiraf edib.

Qeyd edək ki, Dağıstanda güc strukturlarında çalışan yüksək rütbəli şəxslərin qaranlıq əməlləri keçən ilin payızında Kzilyar şəhər prokurorunun köməkçisi, “Kolxoznik” ləqəbli Maqomed Abdulqalimovun saxlanılmasından sonra üzə çıxmağa başlayıb. Maqomed Axmedov da Maqomed Abdulqalimovla sıx əlaqədə olub. Maqomed Axmedovun sifariş etdikləri şəxslər arasında Mahaçkalanın Sovetsk rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin rəhbəri, Kaspiysk şəhərinin Sukanal İdarəsinin rəisi və Dağıstan respublikası parlamentinin deputatı  Maqomedhaci Aliyev də var.
 





01.04.2013    çap et  çap et