525.Az

AYB-nin ədəbiyyat mükafatının qalibləri məlum oldu


 

AYB-nin ədəbiyyat mükafatının qalibləri məlum oldu<b style="color:red"></b> Azərbaycan Yazıçılar Biriliyinin təsis etdiyi mükafatın qalibləri açıqlanıb.

AYB-nin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, mükafatları xalq yazıçısı Mövlud Süleymanlının rəhbərlik etdiyi münsiflər heyəti açıqlayıb.

- Ən yaxşı nəsr əsərinə görə Yusif Səmədoğlu mükafatına Eimad Başkeçid Alpay Azər;
- Ən yaxşı poeziya əsərinə görə Əli Kərim mükafatına Vaqif Bəhmənli  və  Mahir Qarayev;
- Ən yaxşı tənqid və publisistika əsərinə görə Yaşar Qarayev mükafatına Vilayət Quliyev Əsəd Cahangir;
- Ən yaxşı tərcümə əsərinə görə Tofiq Bayram mükafatına  Vilayət Hacıyev Ələkbər Salahzadə;
- Xarici ölkələrdə Azərbaycanı və ədəbiyyatımızı təbliğ edən ən yaxşı əsərlərə görə Nəcəf Nəcəfov mükafatına İmdat Avşar (Türkiyə) və Mixail Sinelnikov (Rusiya) layiq görülüblər.

Azərbaycan Yazıçılar Biriliyi rəhbərliyinin qərarı ilə daha bir mükafat- Bəxtiyar Vahabzadə adına Türk dünyası ədəbiyyatına xidmət mükafatı- türkoloq-alim Tofiq Məlikliyə  verilib.

Qeyd edək ki, mükafat 2012-ci ildə təsis edilib. Keçən il AYB-nin "Nəsimi" mükafatına görkəmli sənətkarımız, xalq yazıçısı İsa Muğanna (Hüseynov) layiq görülüb.
 





01.04.2013    çap et  çap et