525.Az

Kadırov məmurların xaricə səfərlərinin məhdudlaşdırılmasını təklif edir


 

Kadırov məmurların xaricə səfərlərinin məhdudlaşdırılmasını təklif edir<b style="color:red"></b>

Çeçenistan prezidenti Ramzan Kadırov strateji əhəmiyyətli gizli məlumatlara çıxışı olmuş və olan keçmiş və indiki məmurların xaricə səfərlərinə məhdudiyyət qoyulmasını istəyib.

"İzvestiya" qəzetinə yazı yazan Kadırov yüksək vəzifəli dövlət məmurlarının xarici səfərlərinin isə ümumiyyətlə qadağan edilməli olduğunu bildirib.

Çeçenistan prezidenti təklifini belə əsaslandırıb ki, ölkə xaricinə çıxan məmurlar dövlət sirrini aça bilərlər. Kadırov seyfində çox sayda gizli sənədlər olduğunu gğman etdiyi oliqarx Boris Berezovskini xatırladıb. Çeçenistan prezidenti Moskvanın keçmiş meri Yuri Lujkovun özüylə dövlət sirlərini xaricə aparmış ola biləcəyini qeyd edib. Keçmiş müdafiə naziri Anatoli Serdyukovun da xaricə gedə biləcəyindən narahatlıq ifadə edən Kadırov Mixail Qorbaçov, Mixail Kasyanov, Aleksey Kurdin və Boris Nemtsovun xaricdəki çıxışlarını xatırladaraq haqlı olduğunu əsaslandırmağa çalışıb.

Hüquq müdafiəçilərinin bu təklifi anlayışla qarşılamaması ehtimalına hazır olduğunu bildirən Kadırov dövlətin maraqlarının insan haqlarından üstün olduğunu iddia edib: "Belə məhdudiyyətlər istəmirsinizsə, dövlət qulluqçusu həyatı seçməyin".

 





01.04.2013    çap et  çap et