525.Az

Zakir Qaralov Türkiyə və Fransa baş prokurorlarına müraciət etdi


 

Zakir Qaralov Türkiyə və Fransa baş prokurorlarına müraciət etdi<b style="color:red"></b>

Azərbaycanın baş prokuroru Zakir Qaralov Ankarada Xocalı soyqırımı ilə bağlı keçirilən anım mərasimində və Parisdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı Türkiyə və Fransa baş prokurorlarına müraciət edib.

525.az-ın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, 24 fevral 2013-cü il tarixdə Ankara şəhərində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı keçirilmiş aksiya zamanı bir qrup ermənipərəst şəxsin hücumuna məruz qalan tədbir iştirakçılarından 7-si xəsarət alıb.
 
Bundan başqa, cari il fevralın 26-da Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov da erməni diasporunun üzvləri tərəfindən döyülərək onlara bədən xəsarətləri yetirilib.
 
Azərbaycan Respublikasının baş prokuroru erməni diasporu və ermənipərəst qüvvələrin bu hüquqazidd əməllərini qəti şəkildə pisləyərək, Türkiyə və Fransa hüquq mühafizə orqanlarından hadisələrin obyektiv və şəffaf şəkildə araşdırılmasının, təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalarının təmin edilməsi üçün Türkiyə Respublikasının Yarqıtay Baş prokuroruna, Fransa Respublikasının Ali Məhkəməsi yanında Baş prokuroruna və Paris Apellyasiya Məhkəməsi yanında Baş prokuroruna müraciət edib.

 





01.04.2013    çap et  çap et