525.Az

Nardaranda etiraz aksiyası keçirilib (Foto)


 

Nardaranda etiraz aksiyası keçirilib <b style="color:red">(Foto)</b>  Bakının Nardaran qəsəbəsində ilahiyyatçı Hacı Taleh Bağırovun və digər dindarların həbsinə etiraz olaraq mitinq keçirilib.
 
APA-nın məlumatına görə, qəsəbənin İmam Hüseyn meydanında keçirilən aksiyada kənd əhalisi ilə yanaşı, ətraf qəsəbələrin, o cümlədən saxlanılan dindarların yaxınları iştirak ediblər.
 
Aksiyada Hacı Əli Hüseynov, Şeyx Rəcayi, Seyid Mirqasım, İbrahim Hüseynov, Kərbəlayi Natiq Kərimov və digərləri çıxış edərək, Hacı Taleh Bağırovun, həmçinin digər dindarların həbsini pisləyib, hüquq-mühafizə orqanlarını, Qafqaz Müsəlmanları İdarəsini tənqid edib, həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb ediblər.
 
Mitinqdə ABŞ və İsrailin əleyhinə çıxışlarla yanaşı, “Ölməz Hüseyn məktəbi!”, “Dindarlara azadlıq”, “Hüseyn-Hüseyn şüarımız, şəhadətdir iftixarımız”, “Hicaba azadlıq” və s. şüarlar səsləndirilib.
 
Həbsdə olan dindarlar azadlığa buraxılmayana qədər belə mitinqlərin davamlı keçiriləcəyi də bildirilib.
 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin ilahiyyatçı Taleh Bağırov və onun sürücüsünün həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki "ABU Petrol" yanacaq doldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Taleh Bağırovdan isə 1,026 qram heroin götürülüb.
 
 





01.04.2013    çap et  çap et