525.Az

Virtual reallıq meditasiya etməyə kömək edəcək


 

Virtual reallıq meditasiya etməyə kömək edəcək<b style="color:red"></b>

Virtual reallıq yalnız oyun sənayesində deyil, həmçinin başqa sahələrdə tətbiq edilir. ABŞ-ın “Provata Health” şirkəti “İOS” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün meditasiyayönümlü proqram çıxararaq tibb sahəsində virtual reallıq texnologiyasının imkanlarını sınaqdan keçirməyə qərar verib.

AzərTAc “hitech.vesti.ru” saytına istinadən xəbər verir ki, virtual reallıq cihazını geyinən istifadəçi “iPhone” qurğusunda proqramı işə salaraq 360 dərəcəli “sakitləşdirici vizual mühit”ə yüklənir. Həmin proqramın köməyi ilə dünyanın heyranedici yerlərinə səyahət etmək olar.

“Provata Health” şirkətinin baş direktoru Aleks Qoldberqin sözlərinə görə, rəhbərlik etdiyi şirkətin bütün sağlamlaşdırma proqramları klinik sınaqlardan keçib, ancaq yeni virtual reallıq proqramı eksperimentaldır. Onun effektivliyi elmi cəhətdən yoxlanılmayıb.

Hesab edilir ki, proqram beynin fəaliyyətinə sakitləşdirici təsir göstərir və zehni yüklənməni azaldır. “Provata VR” cihazı gündəlik istirahət sessiyalarının yuxuya necə təsir etdiyini öyrənməyə imkan verir.

 





26.11.2016    çap et  çap et