525.Az

İsrail prezidenti FHN əməkdaşlarına təşəkkür etdi


 

İsrail prezidenti FHN əməkdaşlarına təşəkkür etdi <b style="color:red"></b> Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir.
 
FHN-dən 525.az-a verilən məlumata görə, təyyarə 27 noyabr 2016-cı il tarixində əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 km radiusda hava məkanında növbə çəkib.
 
Qeyd edək ki, bu gün İsrail Dövlətinin prezidenti Reuven Rivlin İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşüb, göstərdikləri şücaətə görə onlara öz təşəkkürünü bildirib.
 





28.11.2016    çap et  çap et