525.Az

Bakıda avtomobil yük maşınına çırpıldı: yaralılar var


 

Bakıda avtomobil yük maşınına çırpıldı: yaralılar var<b style="color:red"></b>

Aprelin 1-də saat 22.45 radələrində Bakı şəhərinin Qaradağ rayonu ərazisindəağır yol qəzası baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Səngəçal qəsəbəsinin ərazisində Qobustan qəsəbə sakini Müşfiq Teymurovun idarə etdiyi "VAZ-2106" markalı və həmyerlisi Sərdar Sahibcanovun idarə etdiyi "KamAZ" markaıl avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış "Jiquli"nin sürücüsü və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

DİN BDYPİ tərəfindən araşdırma aparılır.

 





02.04.2013    çap et  çap et