525.Az

Şair İbrahim Göyçaylı yad edildi


 

Şair İbrahim Göyçaylı yad edildi<b style="color:red"></b>

Noyabrın 25-də Rəşid Behbudov adına Mahnı Teatrında şair İbrahim Göyçaylının 80 illik yubileyinə həsr olunan musiqili-bədii gecə keçirilib.

Tədbirin aparıcısı professor Nizaməddin Şəmsizadə şair haqqında danışarkən bildirib ki, İ. Göyçaylının şəxsiyyəti də poeziyası qədər saf və həzindir:
 
"Onun şəxsiyyəti ilə poeziyası bir-birini tamamlayır. Yaradıcılığı ilə həm də klassik poeziyamızı yaşadırdı".

Tənqidçi Vaqif Yusifli İ. Göyçaylının yaradıcılığı barədə fikirlərini bölüşüb: "O, müqəddəs duyğulardan - vətənə, insana, təbiətə, gözəlliyə məhəbbətdən özünəməxsus bir tərzdə yazan, milli ənənəyə, kökə bağlı bir şair idi".

Söz və elm adamlarından Aqşin Babayev, Yusif Həsənbəy, Şövqi Göyçaylı, İntiqam Mehdizadə və başqaları da İ. Göyçaylı haqda düşüncələrini dilə gətirib, xatirələr danışıblar.

Gecə musiqi proqramı ilə davam edib. Əhsən Dadaşov adına ansamblın müşayiəti ilə Abgül Mirzəyev, Rəvanə Ərəbova, Ayşən Mehdiyeva və digər sənətçilər şairin şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər. Eldost Bayram, Hüsniyyə Mürvətova İ.Göyçaylı yaradıcılığından nümunələr səsləndiriblər.

Sonda şairin qızı Sevinc İbrahimqızı tədbirin təşkilində əməyi olanlara minnətdarlığını bildirib.

MÜŞFİQ

 





29.11.2016    çap et  çap et