525.Az

Şimali Koreyadan təhlükəli açıqlama


 

Şimali Koreyadan təhlükəli açıqlama<b style="color:red"></b>

Şimali Koreya agentliyi ölkənin 2007-ci ildə Qərbdən alınan nüvə yanacağı yardımı əvəzində bağlanan nüvə obyektlərinin yenidən fəaliyyətə başlayacağını xəbər verib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu sırada ABŞ-ın nüvə yanacağı yardımı qarşılığında bağlanan Yonqbyon reaktoru da var.

Şimali Koreya nüvə obyektlərinin həm hərbi, həm də mülki məqsədli xidmət göstərəcəyini bəyan edib.

Yeri gəlmişkən, ABŞ tərəfindən çəkilən peyk fotoları Şimali Koreyanın qısa və orta mənzilli raketlərini mobilizə etdiyini, yeni bir orta mənzilli raket sınağı üçün hazırlıq gördüyünü göstərir.

 





02.04.2013    çap et  çap et