525.Az

Lukaşenko Heydər Əliyev Mərkəzində


 

Lukaşenko Heydər Əliyev Mərkəzində <b style="color:red"></b> Belarus prezidenti Aleksandr Lukaşenko Heydər Əliyev Mərkəzində olub.
 
APA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Belarusun dövlət başçısına Mərkəzin fəaliyyəti barədə məlumat verib.
 
Belarus prezidenti mərkəzdəki Heydər Əliyev Muzeyinin ayrı-ayrı bölmələri, eləcə də 1969-cu ildən 2003-cü ilədək Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə, Heydər Əliyevin digər dövlət başçıları, o cümlədən, Aleksandr Lukaşenko ilə keçirdiyi görüşlərə dair materialların yer aldığı “Beynəlxalq əlaqələr” bölməsinə baxıb.
 
A. Lukaşenko Heydər Əliyev Mərkəzində “Klassik avtomobil sərgisi” ilə də tanış olub.
 
Belarus prezidenti Heydər Əliyev Mərkəzinin xatirə kitabında ürək sözlərini yazıb. Sonda ona xatirə hədiyyəsi təqdim edilib.
 





29.11.2016    çap et  çap et