525.Az

ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycanda qeydiyyatı başa çatır


 

ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycanda qeydiyyatı başa çatır<b style="color:red"></b> MDİ baş prokurora rəsmi cavab məktubu hazırlayır
 
ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycanda qeydiyyatı bu il iyulun sonunda başa çatır.
 
525.az-ın Azadlıq Radiosuna istinadən verdiyi məlumata görə, MDİ 2012-ci ilin iyulunda birillik sazişlə qeydiyyata alınıb.
 
Bu, qanunvericiliyə edilən son dəyişikliyə uyğun aparılıb. Nazirlər Kabinetinin 16 mart 2011-ci il tarixli qərarına əsasən xarici QHT-nin ölkədə fəaliyyət göstərməsi üçün Ədliyyə Nazirliyi ilə yazılı razılığı olmalıdır. Yəni Ədliyyə Nazirliyi ilə həmin təşkilat arasında saziş imzalanır, ikinci mərhələdə qeydiyyat məsələsi çözülür. ​​
 
MDİ-nin Bakı ofisi 2011-ci ildə Nazirlər Kabinetinin həmin qərarından sonra bağlansa da, ilin sonunda yenidən işə başlayıb. Ədliyyə Nazirliyindən də quruma “saziş verildiyini, həmin vaxt qeydiyyat məsələsinə də baxıldığı” bildirilib. Qurumun iyuldan sonraya planları, təkrar qeydiyyat üçün müraciət edilib-edilməyəcəyi ilə bağlı “Azadlıq” radiosunun suallarını cavablandıran MDİ-nin Azərbaycan üzrə direktoru Alex Grigorievs yalnız onu bildirib ki, “MDİ Azərbaycan qanunlarına uyğun olaraq tam qeydiyyata alınıb”.
 
Alex Grigorievs baş prokuror Zakir Qaralovun MDİ-nin fəaliyyəti ilə bağlı ABŞ səfirinə göndərilən məktuba da cavab hazırlandığını söyləyib. O, məktubun şəxsən onunla deyil, Azərbaycan və MDİ ilə bağlı olduğundan rəsmi cavab hazırlandığını qeyd edib.
 





02.04.2013    çap et  çap et