525.Az

İncəsənət Muzeyində multikulturalizm mövzusunda sərgi


 

İncəsənət Muzeyində multikulturalizm mövzusunda sərgi <b style="color:red"></b>

Dünən Milli İncəsənət Muzeyində "Multikulturalizm və Tolerantlıq Diyarı Azərbaycan" layihəsi çərçivəsində "Azərbaycan təsviri sənətində multikultural və tolerant dəyərlər" mövzusunda konfrans və sərgi kataloqunun təqdimatı keçirilib.
 
Layihənin məqsədi Azərbaycanda dövlət səviyyəsində uğurla inkişaf etdirilən multikultural və tolerant mühitin ölkə rəssamları tərəfindən yaradılan təsviri sənət əsərləri vasitəsilə geniş ictimaiyyətə çatdırılması, Azərbaycanın multikulturalizm və tolerantlıq modelinin dünya ölkələrinə nümunə kimi təqdimatı, gənclərə multikulturalizm dəyərlərinin aşılanması və tolerantlığın əhəmiyyətinin təbliğ olunmasıdır.

Layihə rəhbəri Dilarə Müzəffərli çıxış edərək sərgi haqda məlumat verib. Azərbaycanın multikultural dəyərlərə sahib bir ölkə olduğunu vurğulayan D. Müzəffərli qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər həmin dəyərləri özündə əks etdirir.

Xalq rəssamı Ömər Eldarov isə rəssamlıq və multikulturalizm mövzusunda fikirlərini bölüşüb.

Daha sonra tədbirdə incəsənət xadimləri və muzeyin əməkdaşları çıxış ediblər.

2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması ilə bağlı "Tədbirlər planına" uyğun olaraq keçirilən sərgidə Xalq rəssamları Salam Salamzadə, Kazım Kazımzadə, Maral Rəhmanzadə, Güllü Mustafayeva, Kamil Xanlarov və başqalarının  rənkarlıq və qrafika əsərləri nümayiş olunub.

Qeyd edək ki, sərgi üç gün davam edəcək.

MÜŞFİQ

 





30.11.2016    çap et  çap et