525.Az

Həbib Bayramovun xatirəsi anılacaq


 

Həbib Bayramovun xatirəsi anılacaq<b style="color:red"></b>

Dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi təşkilatçılığı ilə Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, məşhur tarzən, Xalq artisti Həbib Bayramovun 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Nazirlikdən 525.az-a verilən məlumata görə, tədbirdə sənətkarın həyat və yaradıcılığından, milli musiqimizin formalaşmasındakı xidmətlərindən danışılacaq.

Tədbir çərçivəsində unudulmaz tarzənin sənət yolunu əks etdirən fotosərgi də açılacaq.

Gecədə respublikanın tanınmış ifaçılarının iştirak etdiyi konsert proqramı təqdim olunacaq.

 





30.11.2016    çap et  çap et