525.Az

"Fəxri mədəniyyət işçisi" döş nişanı təqdim olundu


 

"Fəxri mədəniyyət işçisi" döş nişanı təqdim olundu<b style="color:red"></b>

Noyabrın 30-da Bərdə rayonunda Bərdə, Tərtər və Ağdam rayonlarından olan bir qrup mədəniyyət işçilərinə "Fəxri mədəniyyət işçisi" döş nişanları təqdim olundu.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hər zaman mədəniyyət işçilərinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğuladı:
 
"Bütün sahələrdə olduğu kimi ölkəmizdə mədəniyyət sahəsinin inkişaf etdirilməsi də prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.

Sevindirici haldır ki, bu gün ölkəmizin regionlarında da mədəniyyət sahəsi özünün inkişaf dövrünü yaşayır.

Son illər ərzində bir sıra böyük layihələr həyata keçirilir və bunun sayəsində Azərbaycan mədəniyyəti dünyada çox geniş şəkildə təbliğ olunur".

Sonda Əbülfəs Qarayev təltif olunmuş mədəniyyət işçilərini bir daha təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzu etdi.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanlarına layiq görülmüş 10 nəfər mədəniyyət işçisinə döş nişanları təqdim olundu.

 





30.11.2016    çap et  çap et