525.Az

"Putinin prezident seçilməsindən sonra Qafqazda dəyişikliklər baş verib"


 

"Putinin prezident seçilməsindən sonra Qafqazda dəyişikliklər baş verib"<b style="color:red"></b> “Bu gün Şimali Qafqazda müharibələr, münaqişələr yoxdur. Bu, Qafqaz Xalqları Ali Dini Şurasının gördüyü işlərin nəticəsidir”.

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
 
Ötən əsrin 90-cı illərdə Çeçenistanda gedən müharibə ilə əlaqədar Rusiyanın keçmiş prezidenti Boris Yeltsinə müraciət etdiyini xatırladan QMİ sədri qeyd edib ki, Vladimir Putinin dövlət başçısı seçilməsindən sonra Qafqazda dəyişikliklər baş verib:

“Qafqazda münasibətlər, Qafqaza olan münasibətlər dəyişdi. Qafqazda sabitlik yarandı, sabitlik bu gün də davam edir. Mən Dağıstanın, Çeçenistanın bugünkü vəziyyətini görəndə fərəhlənirəm. Şimali Qafqaz Azərbaycanla birlikdə çiçəklənir”.
 





01.12.2016    çap et  çap et