525.Az

İlyas Tapdıqın 82 yaşı qeyd edildi


 

İlyas Tapdıqın 82 yaşı qeyd edildi<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında tanınmış şair İlyas Tapdıqın anadan olmasının 82-ci ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın foyesində "Körpələrin ürəyinə yol tapan şair" mövzusunda ədibin kitablarından ibarət sərgi açılıb.

Tədbirdə əvvəlcə İlyas Tapdıqın həyat və fəaliyyətini əks etdirən videoslayd nümayiş olunub.

Kitabxananın uşaq şöbəsinin müdiri Şahnaz Cəlilova şairin həyat və yaradıcılığından söhbət açıb.

Bildirilib ki, İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb.

Çıxış edənlər 50-dən çox şeir, tərcümə kitablarının müəllifi kimi tanınan şairin bir çox gənc və tanınmış qələm adamlarının kitabının redaktoru və "Ön söz" müəllifi olduğunu bildiriblər. Onun gənc qələm sahiblərinə diqqət və qayğısından söhbət açıblar.

Tədbirdə 261 nömrəli tam orta məktəbin və "Zəkalar" liseyinin şagirdlərinin ifasında şairin yaradıcılığına həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olunub.

 





01.12.2016    çap et  çap et