525.Az

Tahir Salahov "Nəsillərin qovuşması"nda


 

Tahir Salahov "Nəsillərin qovuşması"nda<b style="color:red"></b>

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Tahir Salahovun ev-muzeyi tərəfindən görkəmli rəssamın ad gününə həsr edilmiş "Nəsillərin qovuşması" adlı tədbir keçirilib.

Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə görkəmli fırça ustasının bənzərsiz sənət dünyasından söz açılıb.

Tədbirdə idarənin rəisi Əsgər Ələkbərov bildirib ki, Xalq Rəssamı Tahir Salahov 2011-ci ildə öz emalatxanasını, əsərlərindən ibarət olan şəxsi kolleksiyasını və arxivini Azərbaycan dövlətinə təmənnasız olaraq hədiyyə edib. Həmin il Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılmış Tahir Salahovun ev-muzeyi öz qapılarını ictimaiyyət üçün açaraq İçərişəhərin əsas incəsənət və mədəniyyət mərkəzlərindən birinə çevrilib.

Digər natiqlər də öz çıxışlarında görkəmli rəssama ən xoş arzularını bildiriblər. Vurğulanıb ki, Tahir Salahovun əsərləri bu gün də dünyanın bir çox muzeylərini bəzəyir, fərdi sərgiləri böyük maraqla qarşılanmaqla yanaşı, sənət aləmində hadisəyə çevrilir. O, sağlığında adını dünyanın təsviri sənət tarixinin zirvəsinə yazmış çox az sənətkarlardan biridir.

Tahir Salahovun ev-muzeyində sənətkarın öz əsərləri ilə yanaşı, onun yaradıcılığından təsirlənən gənc rəssamların da rəsm əsərləri təqdim olunub.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də musiqili proqramla çıxış ediblər.

 





01.12.2016    çap et  çap et