525.Az

ABŞ başqa ölkələrdə rejimləri devirməyəcək


 

ABŞ başqa ölkələrdə rejimləri devirməyəcək<b style="color:red"></b> ABŞ başqa ölkələrdə siyasi rejimlərin devrilməsinə yönəlmiş siyasət aparmağa səy göstərməyəcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.  
 
“Biz rejim və hökumətləri devirməyəcəyik. Altı trilyon dollar tək Yaxın Şərqdə, xatırlayırsınız? Bizim məqsədimiz sabitlikdir, xaos deyil. Çünki biz ölkəmizi bərpa etmək istəyirik”, - deyə Tramp qeyd edib.  
 
Bundan əvvəl məlum olub ki, Tramp prezidentliyi dövründə ABŞ quru qoşunlarının sayını xeyli artırmaq, Yaxın Şərq, Şərqi Avropa və Cənub-Şərqi Asiyada ABŞ qoşunlarını gücləndirmək niyyətindədir.
 





02.12.2016    çap et  çap et