525.Az

Həmsədrlər qoşunlar təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər


 

Həmsədrlər qoşunlar təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər<b style="color:red"></b>

Aprelin 4-5-də ATƏT missiyası qoşunların təmas xəttinin Ağdərə-Tərtər və Ağdam-Bərdə istiqamətlərində monitorinq keçirəcək.

APA-nın “Novosti-Armeniya”ya istinadən yaydığı məlumata görə, monitorinq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçiriləcək.
 
Monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin rəhbərliyi altında keçiriləcək. Monitorinq zamanı Kaspşik və həmsədrlər təmas xəttinin minalardan təmizlənmiş hissəsindən qarşı tərəfə keçəcəklər.
 
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda səfərdədir. Onlar sabah Azərbaycan rəhbərliyi ilə görüş keçirəcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

 





02.04.2013    çap et  çap et