525.Az

Tərcümə Mərkəzinin saytı çex dilində


 

Tərcümə Mərkəzinin saytı çex dilində<b style="color:red"></b>

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəsmi saytı - aztc.gov.az - çex dilində də yayımlanacaq.

Bu barədə 525.az-a Mərkəzdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, “Azərbaycan həqiqətləri”, “Azərbaycan yazıçıları”, “Açıq kitab”, “Xəzər”, “Aydın yol” portalları vasitəsi ilə ölkənin tarixi, keçmişi və bu günü, ədəbi-mədəni həyatı, həmçinin dil və tərcümə sahəsinin yenidən təşkili və təkmilləşdirilməsi, milli ədəbiyyatımızın dünyada təbliği məqsədi ilə yaradılmış Tərcümə Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi beynəlxalq layihələrlə bağlı mətn və materialları 9 dildə (Azərbaycan, ingilis, rus, türk, alman, fransız, ispan, ərəb və fars) dünyanın bir çox aparıcı mətbu orqanlarında və internet saytlarında yayımlayan aztc.gov.az saytı bu gündən etibarən çex dilində də yayımlanacaq.

 





02.12.2016    çap et  çap et