525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Dekabrın 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var.
 
Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
 
Havanın temperaturunun yarımadada gecə 3-6° isti, gündüz 8-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.
 
Nisbi rütubət gecə 80-90%, gündüz 65-75% təşkil edəcək.
 
Rayonlarda bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Cavid QƏDİR
 





02.12.2016    çap et  çap et