525.Az

Azərbaycanda yeni radio kanalı açılır


 

Azərbaycanda yeni radio kanalı açılır<b style="color:red"></b> Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio açmaq üçün icazə verilib.

Milli Televiziya və Radio Şurasından Trend-ə verilən məlumata görə, bu gün Şuranın növbəti iclası keçirilib.
İclasda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin radio yayımı üçün, "Caspian International Broadcasting Company" MMC-nin peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə və təşkilati məsələlərə baxılıb.

Milli Televiziya və Radio Şurası tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinə uyğun olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə 107.7 MHz tezliyi üzrə radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə lisenziya verilməsi barədə qərar qəbul edilib.

Həmçinin, iclasda "Caspian International Broadcasting Company" MMC-yə 6 il müddətinə peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda, iclasda Milli Televiziya və Radio Şurasının üzvü Cəbiyev Qafar Cəfər oğlu Şuranın sədr müavini seçilib.
 





02.04.2013    çap et  çap et