525.Az

"Son 20 ildə 25 mindən çox diplomun 25-30 faizi tanınmayıb"


 

"Son 20 ildə 25 mindən çox diplomun 25-30 faizi tanınmayıb"<b style="color:red"></b> “Xarici ölkələrin ali məktəbləri tərəfindən verilmiş diplomların arasında da saxta olanları var. Hazırda onun neçə faiz təşkil etdiyini deyə bilmərik. Biz idarə olaraq saxta diplomların müəyyənləşdirilməsinə deyil, diplomların əldə olunmasının Azərbaycanın nostrifikasiya prosedurları ilə ziddiyyət təşkil edib-etməməsinə baxaraq tanınmasına qərar veririk”.
 
APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi səlahiyyətlərini icra edən Samir Vəliyev deyib.
 
Onun sözlərinə görə, diplomların tanınmaması onun saxta olduğu anlamına gəlmir: “Xaricdə təhsil almağa üz tutan şəxs ilk növbədə düşünməlidir ki, daha yaxşı təhsil arxasınca gedir. Buna həm vəsait, həm də zaman sərf olunur.Diplom nostrifikasiya prosedurlarına uyğun olaraq əldə olunmalıdır ki, sonradan ölkə tərəfindən tanınsın”.
 
S.Vəliyev əlavə edib ki, 2007-ci ildən bu günə qədər nazirliyə xarici ölkə ali məktəbləri tərəfindən verilən diplomlarının tanınması ilə bağlı 25 mindən çox müraciətlər olub. Onların 70-75 faizinin təsdiqləndiyini deyən nazirlik rəsmisi vurğulayıb ki, yerdə qalan diplomlar bu və ya digər səbəbdən tanınmayıb: “Tanınmamağın əsas səbəbi təhsil alan şəxsin mövcud qaydalara uyğun normativ müddət tələblərinə cavab verməməsidir. Nostrifikasiya ilə əlaqədar şəxsin gediş-gəlişini təsdiqləyən məlumatlar alırıq. Normativ müddət uyğun gəlmirsə, biz diplomların tanınmasından imtina edirik. Tanınmayan diplomlar arasında MDB ölkələri, Rusiya, Ukrayna və Gürcüstan ali məktəbləri tərəfindən verilən diplomlar çoxluq təşkil edir”.
 





02.12.2016    çap et  çap et