525.Az

"Şeirin işığı..." müsabiqəsi yekunlaşdı


 

"Şeirin işığı..." müsabiqəsi yekunlaşdı<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi və "İşıq" jurnalının birgə təşkil etdiyi "Şeirin işığı - "İşıq"ın" şeiri" müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Tədbiri fakültənin müəllimi, dosent Vüqar Zifəroğlu açaraq müsabiqənin gənclərə yaradıcılıq stimulu vermək baxımından əhəmiyyətli olduğunu deyib.

"İşıq" jurnalının təsisçisi, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, jurnalın baş redaktoru Sədaqət Qəhrəmanova, məsul katibi Əsəd Aslanoğlu və yazıçı publisist Flora Xəlilzadə gənclik, poeziya və müsabiqə barədə fikirlərini bölüşüblər.

Qiraətçi Türkan Məmmədova Cabir Novruzun "Sevin Azərbaycanı" şeirini səsləndirib.

Sonda qaliblər mükafatlandırılıb. Birinci yerə "Tanımadığım doğmam ilə söhbət"  şeirilə Günel Natiqqızı layiq görülüb.

"Asın eyvanlardan bir bayraq" şeirilə ikinci yeri Ulucay Akif və "Əlvidaların çoxluğundan bezmişəm" şeirilə üçüncü yeri Mirmöhsün Mirvəlişli tutub. İki iştirakçıya həvəsləndirici mükafatlar təqdim olunub. "İşıq" jurnalı adından bütün iştirakçılara müxtəlif mükafatlar verilib.

MÜŞFİQ

 





02.12.2016    çap et  çap et