525.Az

Vaqif Abbasov Zərifə Əliyeva adına liseydə


 

Vaqif Abbasov Zərifə Əliyeva adına liseydə <b style="color:red"></b>

Akademik Vaqif Abbasov dünən akademik Zərifə Əliyeva adına liseyin 9-10-cu sinif şagirdləri və müəllimləri ilə görüşüb.

O, şagirdlərlə dialoq şəklində qurulmuş məruzə ilə çıxış edib, şagirdlərin çoxsaylı suallarına cavab verib.

Akademik Vaqif Abbasov özünün müəllifi və həmmüəllifi olduğu kitabları məktəbin kitabxanasına hədiyyə edib.

Məktəblə akademik Vaqif Abbasovun rəhbərlik etdiyi  Neft-Kimya Prosesləri İnstitutu arasında əməkdaşlıq müqaviləsinin bağlanması barədə razılıq əldə olunub. Məktəbin kimyanı sevən şagirdləri İnstitutun laboratoriyalarında təcrübə keçəcək, "Sabahın alimləri" müsabiqəsində iştirak etmək üçün layihələr hazırlayıb tədqiqat işləri aparacaqlar. İnstitutun aparıcı alimləri liseydə məharət dərsləri deyəcək. İnstitut məktəbin kimya laboratoriyası üçün lazım olan reaktivlərlə təminatı da üzərinə götürüb.

Görüşdə Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavinləri H.İbrahimov və T.Məmmədova, İnstitutun gənc alimlər şurasının sədri N.Abdullayeva, L.Əfəndiyeva, İnstitutun informasiya və telekommunikasiya şöbəsinin müdiri, Z.Ağamalıyev də iştirak ediblər.

 





02.12.2016    çap et  çap et