525.Az

“Azərbaycanın İntellektual BİRincisi” layihəsi davam edir


 

REGİONAL YARIŞLAR ÇƏRÇİVƏSİNDƏ SUMQAYIT, QUBA, MİNGƏÇEVİR VƏ ŞƏMKİR TURNİRLƏRİ KEÇİRİLƏCƏK

“Azərbaycanın İntellektual BİRincisi” layihəsi davam edir<b style="color:red"></b>

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “İrəli” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın İntellektual BİRincisi” layihəsi davam edir.

İctimai Birlikdən verilən məlumata görə, prezident İlham Əliyevin iştirakı ilə Gənclər Gününə həsr olunmuş görüşdə ölkə başçısı intellektual oyunların və intellektual televiziya proqramların gənclərin özünü inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirməsi və bundan irəli gələrək “İrəli” İctimai Birliyi gənclərin maarifləndirilməsi, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, ölkə daxilində mütəmadi olaraq bir neçə yarışların vahid turnir altında reallaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 2016-cı il noyabr-dekabr aylarında “Azərbaycanın İntellektual BİRincisi” layihəsinin həyata keçirilməsini nəzərdə tutub.

Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarını artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

Dekabrın 3-də “Xırdalan, Sumqayıt, Xızı rayonlarının gənc intellektuallarının iştirakı ilə Azərbaycanın İntellektual BİRincisi” layihəsinin Sumqayıt turniri, Mingəçevir, Ağdaş, Bərdə, Göyçay Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarının gənc intellektuallarının iştirakı ilə Mingəçevir turniri, dekabrın 4-də isə Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Tovuz rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəmkir, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba turniri keçiriləcək.

Açılış mərasimindən sonra 4 intellektual yarış - "Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı" oyunları keçiriləcək və qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediləcək.

Qeyd edək ki, gənclərin bilik və bacarıqlarını qiymətləndirəcək və onların intellektual fəaliyyətinə yardımçı olacaq layihənin birinci mərhələsində iqtisadi rayonlar üzrə seçim turları, ikinci mərhələdə isə yekun final yarışlarının keçirilməsi nəzərdə tutulub.

Ceyhun ABASOV

 





02.12.2016    çap et  çap et