525.Az

Bakıda “SİNERJİ” Forumu


 

Bakıda “SİNERJİ” Forumu <b style="color:red"></b>

Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Daha yaxşı sabah üçün” layihəsi çərçivəsində Bakı şəhərində Beynəlxalq Mətbuat Mərkəzində “SİNERJİ” Forumu keçirilib.

Birlikdən 525.az-a verilən məlumata görə, ilk dəfə bu mövzuya həsr olunmuş layihənin icrasında əsas məqsəd QHT-lərlə biznes və özəl qurumların əməkdaşlığını təbliğ etmək, bu sahəyə diqqət artırmaq, mövcud sahədə problemlərin müzakirəsi və həlli istiqamətində təşəbbüslərin irəli sürülməsi, maarifləndirmə işləri həyata keçirməkdir. 

Forumda Prezident Administrasiyasının Gənclər Təşkilatları ilə İş şöbəsinin məsləhətçisi Rahu Şirinova, Qeyri-hökümət təşkilatlarına Dövlət dəstəyi şurasının katibi Nərgiz Eyvazova, üzvü Anar Xəlilov, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Vüsalə Niftəliyeva, İRƏLİ İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov və digər aparıcı gənclər təşkilatlarının və QHT-lərin rəhbər şəxsləri, özəl sektor nümayəndələri və fəal gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Odlar Yurdu” GİB-in sədri Nigar Ələsgərova forumun mahiyyəti,məqsədi haqqında məlumat verib.

Daha sonra çıxış edən natiqlər forumun bir ilk olduğunu, ən aktual problemlərdən biri olduğunu və QHT-lərlə digər qurumların əməkdaşlığı istiqamətində yeni bir addım və istiqamət olduğunu bildiriblər.

Müxtəlif uğurlu təcrübələr mövcud problemlərin müzakirəsi yekunlaşan forumda koorporativ sosial məsuliyyət sahəsində geniş təcrübəyə sahib müxtəqil ekspertlər də çıxış edib. 

Layihə çərçivəsində növbəti forum Avropa Gənclər Paytaxtı 2016 statusunu daşıyan Gəncə şəhərində də  3 dekabr tarixində təşkil olunacaq.

 





02.12.2016    çap et  çap et