525.Az

İki avtomobil yolunda sürət həddi endirildi


 

İki avtomobil yolunda sürət həddi endirildi<b style="color:red"></b> Yağmurlu hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb.
 
Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, Böyükşor–Hava limanı istiqamətində avtomobil yolunda sürət həddi  iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata və axırıncı  zolaqda 80 km/saatdan 60 km/saata endirilib.
 
Eyni zamanda, Zığ dairəsi–Hava limanı istiqamətində avtomobil yolunda isə sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata və axırıncı zolaqda 100 km/saatdan 80 km/saata endirilib.
 





02.12.2016    çap et  çap et