525.Az

Məcburi köçkünlərə ayrılan kreditlərlə əlaqədar yoxlama


 

Məcburi köçkünlərə ayrılan kreditlərlə əlaqədar yoxlama<b style="color:red"></b> Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
 
APA-nın məlumatına görə, iclasda həyata keçirilmiş Dünya Bankının krediti cəlb edilməklə həyata keçirilən “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” Layihəsi üzrə vəsaitlərin istifadəsinə və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən maliyyələşən suvarma sistemləri idarələrinin fəaliyyətinin, suvarma suyunun Sudan İstifadəedənlər Birliklərinə (SİB-lərə) və su istehlakçılarına satışının vəziyyətinin təhlilinin nəticələrinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
 
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib.
 
Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.
 





02.12.2016    çap et  çap et