525.Az

Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar başa çatıb


 

Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair danışıqlar başa çatıb<b style="color:red"></b>

Gələn həftə Brüsseldə AB ilə Azərbaycan arasında assosiativ saziş üzrə plenar sessiya keçiriləcək

Gələn həftə Brüsseldə Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ saziş üzrə plenar sessiya keçiriləcək. APA-nın məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia məlumat verib: “Bilirsiniz ki bu saziş bizim hər hansı bir ölkəyə təqdim edə biləcəyimiz ən yaxşı sazişdir. Sessiyanın 9-10 aprel tarixlərində keçirilməsi gözlənilir. Azərbaycan tərəfini bu sessiyada çox güman ki, Azərbaycan xarici işlər nazirin müavini Mahmud Məmmədquliyev təmsil edəcək”.
 
Roland Kobia əlavə edib ki, viza rejiminin sadələşdirilməsi və readmissiya sazişi ilə bağlı bütün məsələlər artıq həll olunub: “Bu yaxınlarda Brüsseldə bununla bağlı danışıqların son mərhələsi başa çatıb. Bəzi xırda detalların tezliklə həllindən sonra bu saziş imzalanacaq”.
 

 





03.04.2013    çap et  çap et