525.Az

Fatih Terim: "Uduzmaqdan qorxmuruq"


 

Fatih Terim: "Uduzmaqdan qorxmuruq"<b style="color:red"></b>

"Qalatasaray" bu gün Çempionlar Liqasının dörddə-bir finalında İspaniyanın "Real Madrid" komandası ilə qarşılaşır.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Fatih Terim "Real Madrid"lə oyundan yaxşı nəticəylə ayrılmaq istədiklərini söyləyib.

Terim matçın keçiriləcəyi "Santyaqo Bernabeu" stadionunda keçirdiyi mətbuat konfransında dörddə-bir finalda bəxtlərinə Çempionlar Liqasının qalibi olmağı hədəfləyən bir komandanın çıxdığını deyib: ""Real Madrid" klubu, baş məşqçisi və futbolçuları dünyanın ən məşhur isimləridir. "Real Madrid"ə hörmət edirik, amma biz də buraya gəlincəyə qədər mühüm işlər gördüyümüzə inanırıq".

Dörddə-bir finalda da yaxşı nəticə əldə etmək istədiklərini bildirən Terim indiyə qədər özlərini isbat etdiklərini söyləyib: "Sabah kiminlə oynayacağımızı, rəqibimizin kim olduğunu çox yaxşı bilirik. İndiyə qədər Çempionlar Liqasında özümüzü isbat etdik. Gələn iki matçda komandam qorxmadan mübarizə aparacaq, buna əminəm. Stadiona çıxmaqla bağlı heç bir narahatlığımız yoxdur. Oynayacağıq və yaxşı nəticə üçün bütün gücümüzlə çalışacağıq. Ümid edirəm ki, iki gözəl 90 dəqiqə olar və hər kəs zövq alar".

Dörddə-bir finalda ən çətin püşkü çəkdiklərini bildirən Terim bunu söyləməkdən kompleks duymadığını deyib: ""Real Madrid" dünyanın ən təhlükəli oyunçularından Ronaldoya sahibdir. Çox mühüm qələbələr qazanan bir klubdur. Bunu söyləməkdən utanmıram, çəkilə biləcək ən çətin püşkü çəkdik. Amma bu, bizim nə istədiyimiz, haralardan gəldiyimiz və hara getmək üçün mübarizə apardığımızla bağlı həqiqəti dəyişdirə bilməz. Bu maçtda özümüzü gözəl yerlərdə düşünürəm. Bu tip matçlar hər cür nəticəyə açıqdır. Biz "Real Madrid"ə uduzsaq, kimsə üçün sürpriz olmaz. Amma qələbə qazansaq, bütün dünya üçün sürpriz olar. "İtirmək asan, qazanmaq hadisədir" sözü o zaman həqiqətə çevrilər. Sabah ən mühüm kartımız itirməkdən qorxmamaq olacaq. Gücümüz nəyə çatarsa, o qədər oynayacağıq. Mən oyunçularıma nə bir şey üçün "kifayətdir" deyirəm, nə də uğura qane oluram. Hər şeyin daha yaxşısı var. Oyunçularım uduzmaqdan qorxmayacaqlar. Ən böyük təhlükə uduzmaq qorxusudur. Bizdə bu yoxdur. Buraya gələrək onsuz da böyük uğur qazanmışıq. Bundan sonrakı uğurun nə demək olduğunu da bütün cameə bilir. Hədəfimiz odur. "Mançester Yunayted"in qrupundan buraya gəldik və "Şalke 04" kimi komandanı qrupdan çıxardıq. Heç vaxt matçdan əvvəl təslim olmamışıq. Bu matçda da olmayacağıq".

 





03.04.2013    çap et  çap et