525.Az

Rusiyada OMON-un saxladığı azərbaycanlılar artıq sərbəst buraxılıb


 

Rusiyada OMON-un saxladığı azərbaycanlılar artıq sərbəst buraxılıb<b style="color:red"></b>

 “Rusiya xüsusi təyinatlı polisi 3-4 aydan bir belə yoxlamalar keçirir. Məqsəd qeydiyyatı ilə bağlı problem olan azərbaycanlılardan pul yığmaqdır”. Bu açıqlamanı APA-nın Moskva müxbirinə Pokrovski meyvə-tərəvəz bazasında çalışan həmyerlilərimiz bildiriblər.
 
Onların sözlərinə görə, Rusiya xüsusi təyinatlı polis dəstələri - “OMON” il ərzində bir neçə dəfə bazada belə yoxlamalar aparır: “Bu, adi hal alıb. Onlar meyvə-tərəvəz bazasında çalışan azərbaycanlıların və digər qeyri-rus millətindən olan şəxslərin qeydiyyat vərəqəsini yoxlayırlar. Problemi olan şəxslər OMON tərəfindən avtobuslara doldurulub Brılyov Rayon Polis Şöbəsinə aparılır. Orada onların hərəsindən 4-5 min rubl pul alıb sərbəst buraxırlar. Bu gün də OMON belə bir yoxlama keçirdi. Artıq OMON tərəfindən saxlanılan şəxslər sərbəst buraxılıblar”.
 
Qeyd edək ki, bu gün səhər saatlarında OMON dəstələri Pokrovski bazasına basqın ediblər. Onlar çoxlu sayda azərbaycanlını saxlayaraq polis şöbəsinə aparıblar.
 
“Pokrov” bazası Rusiyanın ən böyük meyvə-tərəvəz bazasıdır. Bu bazada çoxlu sayda azərbaycanlı çalışır.

 





03.04.2013    çap et  çap et