525.Az

Neofaşistlərin hücumlarına məruz qalan türklərin hüquqları qorunmur


 

NİYAMƏDDİN ORDUXANLI: “ALMANLAR HEÇ DƏ ÖZLƏRİNİN TƏQDİM ETDİYİ KİMİ HUMANİST DƏYƏRLƏRƏ SAHİB DEYİLLƏR”

Neofaşistlərin hücumlarına məruz qalan türklərin hüquqları qorunmur<b style="color:red"></b>

Almaniyada neofaşistlər Türkiyə türklərinə irqçi zəmində iyrənc davranışlarını davam etdirirlər. Hitlerin davamçıları tərəfindən türklərin kompakt yaşadığı bölgələrdə törədilən terror aktlarında xeyli insan tələfatları qeydə alınır. Rəsmi şəkildə Almaniya türklərə və digər millətlərə qarşı irqçi cinayətləri törədən terror təşkilatını pisləsə də buna qarşı ciddi səviyyədə zəruri tədbirlər görülmür. Təəssüflər olsun ki, Almaniyada neofaşistlərinin hücumuna məruz qalan türklərin hüquqları yetərli səviyyədə qorunmaması həmin ölkədə kəskin şəkildə insan hüquqlarının pozulmasına dəlalət etməklə bərabər, terror təşkilatının cinayətlərinin sayının artmasına da gətirib çıxarır.

Qeyd edək ki, türklərin qətlə yetirilməsi ilə əladədar keçirilən məhkəmələrdə türk jurnalistlərin iştirakına da icazə verilməyib.

Bu cür yanaşmanın Almaniyada zaman-zaman müşahidə olunduğunu deyən Parlamentin Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə hesab edir ki, bu sırf almanların irqçı baxışlarının nəticəsidir: “Əfsuslar olsun ki, Almaniyada özlərini millətçi adlandıran terrorçular tərəfindən türklərə və başqa millətlərin nümayəndələrinə qarşı zorakı hərəkətlər qeydə alınır. Dövlətin qanunları bu cür davranışların əleyhinə olsa da, ancaq bu cücərtilər mövcuddur və olduqca ciddi təhlükə mənbəyidir. Hazırda Almaniyada milyonlarla türk immiqrantlar yaşayır və işləyirlər. Bu baxımdan milli zəmində baş verən terror hadisələri yüzminlərlə insanın qarşıdurmasına çevrilmək təhlükəsi ilə üz-üzədir”.

Milli Məclisin üzvü bildrib ki, kompakt halında yaşayan türklərə qarşı törədilən bu hadisələrin Almaniya Hüquq Mühafizə Orqanları tərəfindən qarşısı alınmaqla bərabər, cinayətkarlara layiqli cəzalar tətbiq olunmalıdır. Məhkəmə orqanları tərəfindən müəyyən müşahidəçilərin iştirakına edilən qadağalar yolverilməz qərarlardır. Öz növbəsində hökumət əsaslandıra bilər ki, daxili zəmində baş verən qarşıdurmadan söhbət gedir, lakin unutmaq olmaz ki, milli zəmində baş verən istənilən qarşıdurma dövlət orqanları tərəfindən mütləq şəkildə həll edilməlidir. Bu cür halların qarşısının alınmasına cavabdehlik daşıyan dövlət, milli zəmində baş tutan məhkəmə işlərində də xarici ölkə və xüsusən də türk jurnalistlərin iştirakına icazə verməlidir. 100 illərdir onların qəlbində türklərə və başqa xalqlara qarşı dar düşüncəli yanaşmalar mövcud olub. Alman hökuməti bu cür halların qarşısını layiqli almalıdır. Çünki dövlətin bu gün ki, qanunları bu cür ayrıseçkiliklərin əleyhinədir.

BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı son dövrlər Almaniya cəmiyyətində insan haqlarının pozulmasına dair  bir çox məlumatlat yayıldığını qeyd edib. O bildirib ki, bu yaxınlarda Avropa Birliyinin mənzil qərargahında Almaniya ilə bağlı əsaslı, ciddi və kifayət qədər faktlara söykənmiş hesabat təqdim olunub. Orada əsas məsələ, xüsusilə Almaniya cəmiyyətində yaşayan, bu cəmiyyətin ictimai-siyasi həyatında yer tutan insanların verdiyi açıqlamalar və irəli sürdüyü fikirlər olub: “Almaniyada irqi zəmində baş verən hadisələrə dair faktlar xüsusilə artmaqdadır. Yəni, türklərə və başqa millətlərə qarşı ikili standartlar tətbiq olunur. Bunun özü də müəyyən qədər paradoksallıqdır. Özünü dünyada insan hüquqlarının qorunmasına dair mühüm dövlət kimi təqdim edən Almaniyanın öz daxilində kifayət qədər faktlara söykənmiş ciddi pozuntu halları mövcuddur. Bu da onu göstərir ki, almanlar heç də özlərinin təqdim etdiyi kimi humanist dəyərləri daşıyan və başqa millətlərə qarşı ayrıseçkilik etməyən millət deyil. Qeyd etdiyim kimi bu kifayət qədər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da təqdim olunub. Sərbəst toplaşma azadlığının qarşısının alınması, bu mənada polislərin insanlara xəsarət yetirməsi kimi hallara dair video-yazılar da mövcuddur. Bu artıq kifayət qədər ciddi faktlara söykənən təhlükəli tendensiya sayılır”.

Ceyhun ABASOV

 





03.04.2013    çap et  çap et