525.Az

“Auto FM” radiosu tezliklə yayıma başlayacaq


 

“Auto FM” radiosu tezliklə yayıma başlayacaq<b style="color:red"></b>

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM ) 107.7 tezliyində yayımlanacaq “Auto FM” radiosu fəaliyyətə başlayacaq.

Mərkəzdən APA-ya verilən məlumata görə, bu yaxınlarda Mərkəz tərəfindən radio istifadəyə veriləcək ki, bu da əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa olaraq Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barəsində maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, NİİM-də olan məlumatı ictimaiyyətlə paylaşmaq məqsədi daşıyır.
 
 “Bütün dünyada nəqliyyat məlumatlarını əhaliyə operativ çatdırmaq üçün radio kanalları mövcuddur. Artıq Azərbaycanda da bu praktikadan istifadə olunmağa başlanılacaq və Mərkəzin radiosunun fəaliyyəti daha çox sürücülərə və nəqliyyat istifadəçilərinə  yönələcək”, - deyə Mərkəzin baş direktoru Elnur Abdullayev bildirib.
 
“Auto FM” radiosunda ənənəvi informativ və əyləncəli xarakter daşıyacaq proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanacaq. Bu radioya dair 6 illik lisenziyanın verilməsi barədə qərar  Milli Televiziya və Radio Şurasının 02 aprel 2013-cü il tarixində keçirilmiş iclasında qəbul edilib.

 





03.04.2013    çap et  çap et