525.Az

Bakının mərkəzində qəza (ViDEO)


 

Bakının mərkəzində qəza <b style="color:red">(ViDEO)</b>

Gecə paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospektində iki avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
 
Qəza zamanı eyni isqamətdə hərəkət edən Ərkin Zeynalovun idarə etdiyi “Subaru” markalı nəqliyyat vasitəsi ilə Mirhəsən Səfərova məxsus “Mersedes” markalı avtomaşın toqquşub. Qəzadan sonra “Mersedes”in sürücüsü Mirhəsən Səfərov xəsarət alıb. Sürücüyə ilk tibbi yardım elə hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınında göstərilib.

Qəza nəticəsində “Mersedes”in qabaq, digər nəqliyyat vasitəsinin isə arxa hissəsinin əzilməsi onu deməyə əsas verir ki, yol nəqliyyat hadisəsi sürücü Mirhəsən Səfərovun ani diqqətsizliyi ucbatından qeydə alınıb. Yol nəqliyyat hadisəsinin dəqiq səbəbləri isə Nərimanov rayon polis idarəsində aparılacaq araşdırmalardan sonra məlum olacaq.

 





03.04.2013    çap et  çap et