525.Az

Müəllim və həkimlərə “dövlət qulluqçusu” statusu veriləcək


 

Müəllim və həkimlərə “dövlət qulluqçusu” statusu veriləcək<b style="color:red"></b>

“Müəllimlərə və həkimlərə “dövlət qulluqçusu” statusunun verilməsinə hazırlıq gedir. Həkimlərin və müəllimlərin dövlət qulluğunun xüsusi növünə aid edilməsi nəzərdə tutulur”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov deyib.
 
Onun sözlərinə görə, hazırda bununla bağlı konkret sənəd yoxdur: “Düşünürəm ki, yaxın vaxtlarda bu məsələ həllini tapacaq. Bu, Komissiyanın səlahiyyətində deyil. Nazirlər Kabineti və əlaqədar nazirliklər bununla bağlı qərar verməlidir”.

 





04.04.2013    çap et  çap et