525.Az

Milli Demokratiya İnstitutu bəyanat yaydı


 

Milli Demokratiya İnstitutu bəyanat yaydı<b style="color:red"></b> “Azərbaycan mətbuatında Milli Demokratiya İnstitutun fəaliyyəti və məqsədləri barədə uydurulmuş və məkrli məlumatlar yayılmaqda davam edir. Bu məlumatlar əsassızdır”.
 
MDİ-dən APA-ya daxil olan məlumata görə, bu fikirlər Milli Demokratiya İnstitutunun prezidenti Kennet Uollakın (Kenneth Wollack) yaydığı bəyanatda öz əksini tapıb. Onun sözlərinə görə, yalan məlumatların dəfələrlə yayılması, onları sonradan doğruya çevirmir.
 
Bəyanatda deyilir ki, MDİ yerli tərəfdaşları ilə birgə yerli hökumət və vətəndaş cəmiyyəti təşkilatları, gənc gələcək liderləri, digər vətəndaşları arasında cəmiyyəti daha da yaxşılaşdırmaq məqsədi ilə konstruktiv əməkdaşlıq yaratmağa köməklik göstərir: “Onlar infrastrukturun yaxşılaşdırması üçün dialoqu təmin edir, vətəndaşlar üçün siniflər, kitab klubları yaradır, ətraf mühitin qorunması üçün layihələr həyata keçirirlər. MDİ həmçinin ATƏT-in prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarının seçkilərin monitorinqini aparmaq səylərini dəstəkləyir. MDİ bu tədbirlərin keçirilməsində şəffaflıq prinsipinə riayət edib. Azərbaycan Gənclər və İdman Nazirliyi MDİ proqramlarında iştirak etmək üçün bir çox gənclərin namizədliyini irəli sürüb. MDİ-nin Azərbaycandakı nümayəndəliyinin və əməkdaşlarının aldığı vəsaitlər yalnız və yalnız bu məqsədlər üçün xərclənib”.
 
Bəyanatda bildirilir ki, Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyi Ədliyyə Nazirliyində  qeydiyyatdan keçib: “Bu qeydiyyat şərtlərinə uyğun olaraq MFİ qanunun tələblərinə uyğun olaraq bütün maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim edib. MDİ fəaliyyətini tam şəkildə yerli qanunvericiliyə, o cümlədən maliyyə məlumatlarının açıqlanması barədə qanunvericiliyin tələblərin uyğun qurur”.
 





04.04.2013    çap et  çap et