525.Az

“Ermənistanın həyata keçirdiyi milliyyətçi proqramlar bu ölkəni regional inkişaf proqramlarından təcrid edir”


 

“Ermənistanın həyata keçirdiyi milliyyətçi proqramlar bu ölkəni regional inkişaf proqramlarından təcrid edir”<b style="color:red"></b> «Ermənistanın həyata keçirdiyi milliyyətçi proqramlar bu ölkəni regiondakı inkişaf proqramlarından təcrid edir, əhalisi azalır».

APA-nın məlumatına görə, bu barədə «Cənubi Qafqaz və onun ətrafında geosiyasi vəziyyətin formalaşmasında NATO-nun rolu» mövzusunda Bakıda keçirilən konfransda Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib.
 
H.Çətinin sözlərinə görə, münaqişənin həlli Ermənistan və region üçün çoxsaylı inkişaf imkanları açacaq: «Dağlıq Qarabağ münaqişəsi “soyuq müharibə”dən sonra regionda yaranmış ən ciddi problemlərdəndir. Bu problemin uzun tarixi kökləri var və Sovet İttifaqından qalıb. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir».
 
ATƏT-in Minsk Qrupunun fəaliyyətində konkret nəticələrin olmadığını deyən sabiq diplomatın sözlərinə görə, münaqişə beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. O, həll olunmamış bu münaqişənin beynəlxalq təhlükəsizliyə təhdid törətdiyini vurğulayıb: “Hazırda Türkiyə yeni ideyalar təqdim etməklə Dağlıq Qarabağ nizamlanmasını yenidən canlandırmaq istəyir”.
 
H.Çətin xatırladıb Ki, münaqişənin ilk illərində Türkiyə tərəfi həll istiqamətində müəyyən addımlar atmağa cəhd göstərsə də, nəticəsiz qalıb: «Biz o zaman Ermənistanın xarici işlər naziri Raffi Hovannisyana münaqişənin Ermənistanın gələcəyinə təsirini izah etməyə çalışırdıq. Bununla bağlı görüşməli idik. Lakin axşam Ceyms Beyker mənə zəng etdi ki, Hovannisyan görüşə gəlməyəcək. Biz Türkiyə olaraq Ermənistanın müstəqilliyini ilk illərdə tanımışıq. O vaxt Ermənistanla sərhədlərimiz açıq idi. Lakin Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları işğal edəndən sonra biz sərhədləri bağladıq».
 
Sabiq diplomat NATO və digər beynəlxalq təşkilatları Cənubi Qafqazda təhlükəsizliyə öz töhfələrini verməyə çağırıb.
 





04.04.2013    çap et  çap et