525.Az

Qabiliyyət imtahanlarının şərtləri açıqlandı


 

Qabiliyyət imtahanlarının şərtləri açıqlandı<b style="color:red"></b>

TQDK sədri Məleykə Abbaszadə qabiliyyət imtahanlarının şərtlərini açıqlayıb.
 
Lent.az-ın məlumatına görə, M.Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ali və orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini təsdiq etdirdikdən sonra mayın 1-dən 20-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər: “QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan uğurla keçənlər qeydiyyata alınır”.

TQDK sədri onu da vurğulayıb ki, qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər. Test imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərinə ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər.

 





04.04.2013    çap et  çap et