525.Az

Ölməzlik himni - (şeir)


 

Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə

Ölməzlik himni - <b style="color:red">(şeir) </b>

Başının altında yastığı Vətən,
Qoynunda uyuyub yatdığı Vətən,
Qəbrini bəzəyən çiçəklər Vətən,
Məzarın oxşayan küləklər Vətən,
Onu sevən, duyan ürəklər Vətən!..
O, rəhbərdi, o, ölməzdi, əbədidi
O, insanlıq, fikir, zəka məbədidi!..

O, Antey tək torpağından güc aldı,
O, tarixdi, tarixlərdən bac aldı,
O, xalqının ürəyində ucaldı,
İdraka sığmayan bir ömür sürdü,
Çiyninə millətin dərdin götürdü -
O, rəhbərdi, o, ölməzdi, əbədidi
O, insanlıq, fikir, zəka məbədidi!..

Yaşar könlümüzdə - ruhu şeyriyyət,
Bəşər yolçusudur - ünvanı cənnət.
Çalar laylasını Vətən anamız,
Oxunar nəğməsi hey ağız-ağız...
O, rəhbərdi, o, ölməzdi, əbədidi
O, insanlıq, fikir, zəka məbədidi!..

Zamanın saçına dən düşüb keçər,
Göylər mehvərindən oynayar, köçər,
Elə insanlarla ucalar dünya,
Qəbrinin üstündə qocalar dünya.
O, torpağ altında günəş tək yandı,
O, yerdi, o, göydü, o asimandı.
O, rəhbərdi, o, ölməzdi, əbədidi
O, insanlıq, fikir, zəka məbədidi!..

 





10.12.2016    çap et  çap et