525.Az

Azərbaycanda universal yerüstü stansiya qurulacaq


 

Azərbaycanda universal yerüstü stansiya qurulacaq<b style="color:red"></b>

Kosmik Məsələlər üzrə Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Aviasiya Akademiyasında Kosmik Məsələlər üzrə Şuranın növbəti iclası keçirilib.
 
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Şuranın sədri akademik Arif Paşayevin rəhbərliyi ilə keçirilən və bir sıra hökumət nümayəndələrinin, o cümlədən Kosmik Proqramın məsləhətçisi akademik Roald Saqdeyevin də iştirak etdiyi iclasda Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peykinin orbitə buraxılması və bütün sınaqları uğurla tamamlayaraq kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətə gətirilməsi respublika üçün əlamətdar hadisə kimi qiymətləndirilib.
 
İclasda müvafiq olaraq 2015-2016-cı illərdə orbitə buraxılması nəzərdə tutulan aşağıorbitli və ikinci telekommunikasiya peyki layihələrinə dair ətraflı müzakirələr aparılıb, tövsiyələr verilib. Bununla yanaşı, yaxın gələcəkdə Azərbaycanda universal yerüstü stansiyanın qurulması və digər operatorların region üzərindən keçən yüksək ayırdetmə peyklərindən təsvirlərin qəbulunun regional bazarda optik və radar təsvirlərə olan tələbatı ödəməsi istiqamətində görülən işlərdən danışılıb. Eyni zamanda həyata keçirilməsi planlaşdırılan bir sıra digər kosmik layihələrin icrası istiqamətində aidiyyəti üzrə təkliflər verilib, bəzi təşkilati məsələlərə baxılıb

 





04.04.2013    çap et  çap et