525.Az

Türk əsgəri NATO çıxdıqdan sonra da Əfqanıstanda qalacaq


 

Türk əsgəri NATO çıxdıqdan sonra da Əfqanıstanda qalacaq<b style="color:red"></b>

Türk əsgəri Əfqanıstanda qalmağa davam edəcək.

525.z-ın TRT-yə istinadən verdiyi məlumata görə, Əfqanıstanda səfərdə olan müdafiə naziri İsmət Yılmaz NATO qüvvələrinin çəkiləcəyi 2014-cü ildən sonra da türk əsgərlərinin bu ölkədə qalacağını söyləyib.

Türkiyə ilə Əfqanıstan arasındakı dostluğun əhəmiyyətini qeyd edən İsmət Yılmaz Əfqanıstanın Türkiyəni tanıyan ilk dövlət olduğunu xatırladıb.

Yılmaz "Biz yalnız NATO üçün Əfqanıstanda deyilik. NATO qüvvələri getdikdən sonra da Əfqanıstanda qalmağa davam edəcəyik" deyib.

Əfqanıstanın müdafiə naziri Bismillah Məhəmmədi isə Türk dövlətinə və xalqına təşəkkür edib.

Məhəmmədi türk əsgərinin 11 ildə Əfqanıstanda təhlükəsizliyin təmin olunması üçün ciddi səy göstərdiyini bildirib. Nazir Əfqanıstan dövlətinin və xalqının da Türk əsgərlərinin burada qalmasını istədiyini bildirib.

İsmət Yılmaz və onu müşayiət edən heyət Kabuldakı türk məktəbini də ziyarət edib.

Ziyarət əsnasında müdafiə nazirinə əldə toxunmuş Əfqanıstan xalçası bağışlanıb.

İsmət Yılmaz türk məktəblərinin Əfqanıstanda minlərlə tələbəyə tədris verərək çox ciddi bir missiyanı həyata keçirdiyini söyləyib.

 





04.04.2013    çap et  çap et