525.Az

Rusiya Polşanın Kaçinskinin abidəsi təklifinə rədd cavabı verdi


 

Rusiya Polşanın Kaçinskinin abidəsi təklifinə rədd cavabı verdi<b style="color:red"></b>

Polşa hökuməti 2010-cu ildə təyyarə qəzasında dünyasını dəyişən prezident Lex Kaçinski və hökumət üzvlərinin xatirəsinin əbədiləşdirilməsi üçün Rusiyadan 100 min kvadrat metr yer istəyib.

"İzvestiya" qəzetinin xəbərinə görə, 2011-ci ildə Rusiya və Polşa prezidentləri Smolensktə abidə kompleksinin inşasıyla bağlı razılığa gəliblər. Polşa hakimiyyətinin kompleksin tikintisi ilə bağlı xərcləri ödəməsi, Rusiyanın isə qəza yerində ərazi ayırması qərarlaşdırılıb. Polşa hökuməti abidə kompleksinin planını hazırlayıb. Plana 115 metr uzunluğunda abidə, muzey, mühafizə və dayanacaq yerləri daxil edilib. Polşa tərəfi hətta bu aya kompleksin açılışını da planlaşdırıb. Ancaq hələ inşaat başlamayıb. Çünki Smolenks rəhbərliyi Polşanın istədiyi qədər yeri verə bilməyəcəyini bəyan edib. Şəhər rəhbərliyindəki bir mənbə "İzvestiya"ya açıqlamasında polşalıların istədiyi yerin Qızıl Meydanın sahəsindən böyük olduğunu bildirib. Mənbə bu yeri polşalılara verəcəkləri təqdirdə insanlara izahat verə bilməyəcəklərini deyib.

Prezident Lex Kaçinski, həyat yoldaşı və 90-dan çox dövlət rəsmisinin olduğu təyyarə 2010-cu ilin aprelində Smolenskdə partlayıb. Qəzada 96 nəfər ölüb. Beynəlxalq Aviasiya Komitəsi qəzanın pilotun səhvi ucbatından baş verdiyini açıqlayıb. Polşa tərəfi isə pilotla yanaşı Rus dispetçerləri günahlandırıb.

TRT

 





04.04.2013    çap et  çap et