525.Az

Vəkil Gülər Əhmədova ilə görüşüb


 

Vəkil Gülər Əhmədova ilə görüşüb<b style="color:red"></b>

Vəkil Eldar Qədimi həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.

Bu barədə APA-ya məlumat verən E. Qədimi bildirib ki, G. Əhmədova qan təzyiqindən əziyyət çəkir: “Dünən axşam onunla görüşdüm. Vəziyyəti yaxşı deyil. Qan təzyiqi tez-tez qalxır. Hazırda müalicə olunur”.
 
Vəkil G. Əhmədovanın darıxdığını bildirib: “Mənə dedi ki, darıxıram. Ona elan olunan ittiham üzrə isə özünü təqsirli bilmir”.

 





04.04.2013    çap et  çap et