525.Az

Həmsədrlər işğal olunmuş Ağdərə istiqamətinə keçiblər


 

Həmsədrlər işğal olunmuş Ağdərə istiqamətinə keçiblər<b style="color:red"></b>

ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi qoşunların təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə keçiblər.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Jak For, Yan Kelli və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bu gün saat 12.30-da helikopterlə Bərdə rayonuna gəliblər.
 
Onlar ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Tərtər rayonunun Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində keçirilən monitorinqi izləyiblər.
 
Rusiyalı həmsədr İqor Popov jurnalistlərə açıqlamasında bir neçə gün əvvəl Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdüklərini, görüşlər başa çatmadığından aparılan müzakirələr barədə heç bir məlumat verə bilməyəcəklərini bildirib.
İ. Popov qarşı tərəfdə görüşlər başa çatdıqdan sonra sabah geri dönəcəklərini, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəklərini, sonda mətbuata açıqlama verəcəklərini deyib.
 
Daha sonra ATƏT nümayəndələri piyada təmas xəttinin qarşı tərəfinə keçiblər.
 
Onların sabah saat 15 radələrində qarşı tərəfə keçəcəkləri gözlənilir.
 
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
 
Sabahkı monitorinq zamanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçmələri planlaşdırırlar.

 





04.04.2013    çap et  çap et