525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Bakıda və Abşeron yarımadasında aprelin 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 5-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Ayrı-ayrı cənub rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var, şərq küləyi əsəcək.

Rayonlarda havanın temperaturunun gecə 6-11, gündüz 18-23, bəzi yerlərdə 25, dağlarda gecə 3-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcəyədək isti olacağı gözlənilir.

Departamentdən bildiriblər ki, aprelin 5-dən 8-dək Abşeron yarımadasında komfort hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

 





04.04.2013    çap et  çap et