525.Az

“Azərbaycanda dini tolerantlıq mühitinin yaranması yolunda son illər çox mühüm addımlar atılıb” (davamı0


 

“Azərbaycanda dini tolerantlıq mühitinin yaranması yolunda son illər çox mühüm addımlar atılıb” <b style="color:red">(davamı0</b>

Müsahibimiz Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Politologiya və siyasi sosiologiya” şöbəsinin böyük elmi işçisi, Azərbaycan Turizm İnstitutunun müəllimi, “Diaspor və Lobbi” Elmi Araşdırmalar mərkəzinin sədri Zaur Əliyevdir. 

– Tolerantlıq, digər dinlərə dözümlü münasibət anlayışlarından çox uzaq olan erməni kilsəsi hər zaman bu mənfi xarakterini büruzə verib. 1988-ci ildə “miatsum” (Ermənistana birləşmə) şüarlarıyla başlayan Azərbaycana qarşı işğalçı-separatçı hərəkatının məhz erməni kilsəsi gəlirdi. Bundan başqa, Dağlıq Qarabağın və digər 7 rayonumuzun işğalını yönəldən erməni kilsəsi Ermənistandakı siyasi proseslərin tənzimlənməsində indi də mühüm rol oynayır. Buna baxmayaraq, Ermənistana rəğbəti olan bəzi yazı müəllifləri xristian dövlətlərin və radikal (təəssübkeş) xristian lobbilərinin diqqətlərini cəlb etmək üçün münaqişəni xristian və müsəlman dövlətlər arasındakı problem kimi səciyyələndirməyə çalışırlar. Onlar Ermənistanı müsəlman çoxluğundan ibarət İran, Türkiyə və Azərbaycan dövlətlərinin arasında yerləşən xristian ölkəsi kimi xarakterizə edirlər. Münaqişə üzrə danışıqlarda vasitəçilik missiyasını daşıyan ATƏT həmsədrləri də Ermənistana qarşı ciddi və sərt münasibət ortaya qoymağa səy göstərmirlər. Mən bunu həmsədrlərin qorxaqlığı ilə yanaşı, onlardakı xiristian təəssübkeşliyi kimi də dəyərləndirirəm. Maraqlıdır ki, münaqişənin nizamlanması üçün vasitəçilik edən və bu illər ərzində heç nəyə nail olmayan, problemin həllini ildən-ilə uzadan ATƏT, təcavüzkar Ermənistanı işğala məruz qoyduğu ərazilərdən çəkilməyə çağırmaq əvəzinə, nədən Azərbaycana qarşı sərt tələblər irəli sürür? Tarixdə ilk dəfə xristian ermənilər müsəlman türklər tərəfindən soyqırımına məruz qalmışlar” şəklində təbliğatlara geniş yer ayırmaqdadırlar. Qondarma erməni soyqırımının hər il beynəlxalq arenada dünya ölkələrinin parlamentlərinin gündəminə gətirilməsi və müzakirə edilməsi məhz bu səbəbdəndir. Azərbaycan da türk və İslam dünyasının bir parçası olduğuna görə, Ermənistan-Azərbaycan münaqişəsində əsas diqqət və dəstək Ermənistana verilməkdədir. İşin içinə xristian qardaşlığı və təəssübkeşliyi girdiyinə görə, bu dövlətlərlə Ermənistan arasındakı məsafə azalmaqda və birlikdə fəaliyyət göstərə bilməkdədirlər. Bu da yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan, xüsusilə də türklük üzərindəki beynəlxalq təzyiqləri artırmaqdadır. Əgər münaqişədə Azərbaycan lehinə qərarlar qəbul edilərsə və ya Ermənistana təzyiqlər göstərilərsə, o zaman “erməni kartı” qismən də olsa zəifləyə və “günahlardan arınma metodologiyası” iflas edə bilər. Yəni din faktoru sırf xristian ermənilərə göstərilən rəğbətdən deyil, daha çox özlərinin günah duyğularından və əbədi ləkədən qurtulmaq prinsiplərindən qaynaqlanır.

– Ümumiyyətlə, bizdə tez-tez vurğulanır ki, Qafqaz kimi bir məkanda dini və milli tolerantlığın təmin olunması çox çətindir. Sizin buna münasibətiniz necədir?

– Bzejinskinin “Avrasiyanın Balkanları” kimi dəyərləndirdiyi Cənubi Qafqaz, 20-ci əsrin sonlarından etibarən region və dünya gücü olmaq istəyən dövlətlərin mübarizə meydanı olub. Qara dəniz və Xəzər dənizi arasında yerləşən bu bölgə cənub-şimal və qərb-şərq enerji və nəqliyyat xətlərinin kəsişməsi və Xəzər hövzəsi enerji mənbələrinə sahib olması baxımından böyük əhəmiyyət kəsb etməkdədir. Burada yaşayan xalqlar dillərinə görə 3 qrupa bölünür: Türk xalqları – azərbaycanlılar, qaraçaylılar, balkarlar, kumıklar, noğaylar, qumuqlar; Hind-Avropa xalqları – ermənilər, tatlar, dağ yəhudiləri, talışlar, osetinlər və ruslar; Qafqazdilli xalqlar – abxazlar, adıgeylər, çərkəzlər, kabardinlər, çeçenlər, inquşlar, ləzgilər, avarlar, darginlər, laklar, gürcülər və başqaları. İslam (şiəlik və sünnilik) və xristian dinləri əsas dinlərdir. yəhudilik dininin nümayəndələri də mövcuddur. Bölgədəki etnik münaqişələr, təhlükəsizlik problemləri və əməkdaşlıq imkanları dəyərləndirilərkən ilk olaraq burada dini məsələyə ciddi yanaşmaq lazımdır. Bəllidir ki, Qafqazda ən çox təqibə məruz qalan din İslamdır. Burada uzun zamandan bəri baş verən münaqişələrdə ciddi müqaviməti islam dininin daşıyıcıları olublar. Xristianlar tarixən daha çox razılaşan və danışıqlara gedən olsalar da, müsəlmanlar haqqları və torpaqları uğrunda illərdir mübarizə aparırlar. Bəllidir ki, Qərb dövlətlərinin region ölkələrində, xüsusilə də Azərbaycanda və Gürcüstanda daxili siyasi hadisələrə təsir etmək üçün müdaxilələri davam edir. Bu zaman isə onlar dini amildən yararlanmağa çalışırlar. Gürcüstan və Azərbaycanda etnik rəngarənglik və dini etiqad azadlığını biz Ermənistanda görə bilmərik. Ermənilər illərdir gürcü və azərbaycanlılara qarşı ərazi iddiası irəli sürməklə yanaşı özlərini xristian dinin tam fərqli qrupu sayır və daha çox “əzabkeş” imici formalaşdırmağa cəhd edirlər. Sözügedən fikrə də əsasən ixtilaf və mübahisə tarixinə malik olan bu regionda 50-dən çox etnik qrupun olması (bu, qismən sovet dövründə yürüdülən etnik siyasətin nəticəsidir) Qafqazda təhlükəsizlik vəziyyətini xeyli mürəkkəbləşdirir. Lakin çox təəssüf ki, aparıcı ölkələr praqmatik fikirlərini həyata keçirmək üçün “Parçala və hökm sür!” ənənəvi siyasətdən istifadə edirlər. Bu siyasətin nəticəsi olaraq Azərbaycanın və Gürcüstanın 20 faiz torpaqları işğal olunub. Rusiya Ermənistanda özünün cüzi hərbi qüvvələrini saxlamaqla regionun geosiyasi vəziyyətinə nəzarət etmək istəyir. Belə bir şəraitdə dini və milli tolerantlığın təmin olunmasının çətin olduğunu deyən qüvvələr də haqlıdırlar.

– Azərbaycanda xristianlığın və yəhudiliyin inkişaf durumu müasir sivil cəmiyyətin tələblərinə, çağdaş modellərə uyğundurmu?

– Bu gün Azərbaycanda yəhudilər inkişaf durumuna görə yaxşı vəziyyətdədirlər. Azərbaycanda üç yəhudi icması – dağ yəhudiləri, əşkinazi yəhudiləri və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini-iyeşivalarını, mədəniyyət mərkəzlərini (məs., Yəhudi icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini (məs., Həvva qadın cəmiyyəti, Hesed-Herşon xeyriyyə cəmiyyəti), klublarını (məs., Əlef, Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini (məs., Az-İz, Başnya, Amişav) yaratmışlar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi komitələri Azərbaycandakı yəhudi diasporu arasında yəhudi ənənələrini qoruyub saxlamaq, sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət tədbirləri keçirməklə məşğuldur. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir. Bu bizə deməyə əsas verir ki, yəhudiliyin inkişaf durumu müasir sivil cəmiyyətin tələblərinə, çağdaş modellərə tam uyğundur və onlar özlərini ölkəmizdə rahat və sakit yaşam içərisində hesab edirlər. Azərbaycan yəhudiləri müstəqillik uğrunda mübarizədə, istiqlaliyyətin əldə edilməsi və möhkəmləndirilməsində Azərbaycan xalqı ilə birlikdə olmuşlar. Təsadüfi deyildir ki, 1990-cı il 20 yanvar faciəsinin şəhidləri, Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsinin qəhrəmanları sırasında yəhudilərin də övladları vardır. Azərbaycan yəhudiləri respublikanın həyatının bütün sahələrində hərtərəfli təmsil olunur, Azərbaycanın dünya yəhudiliyi və İsrail dövləti ilə dostluq münasibətlərinin inkişafında mühüm rol oynayır.

Xristianlığa gəldikdə, xristianlıq Azərbaycan ərazisinə eranın ilk əsrlərindən, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Dövlət qeydiyyatında 5 qriqorian icması vardır. Düzdür, xristianlığın ikinci dövlət dini kimi tanınması təşəbbüsü ilə bu dinin ayrı-ayrı təəssübkeş qrupları çıxış edir. Azərbaycan əhalisi arasında 170 min rus var. Lakin bu o demək deyil ki, ölkənin 80 faizinin müsəlman olduğu bir cəmiyyətdə ikinci rəsmi din 10 faizə görə dəyişsin. Qeyd edilir ki, 1992-ci və 1998-ci illərdə Azərbaycanda müxtəlif xristian təşkilatlarının təsirinə düşən azərbaycanlıların sayı bəlkə də 10 minə yaxın idi. Həmin təşkilatlara əsasən maddi durumu ağır olan insanlar meyl göstərirmiş. Hazırda isə Azərbaycana gələn missionerlər artıq sadə vətəndaşlarla yox, intellektual təbəqə ilə və gənclərlə işləməyə çalışırlar. Bunlara baxmayaraq onlara bir söz deyən yoxdur. Onlar Azərbaycanda öz dini bayramlarını keçirir, cəmiyyətin sosial, siyasi, iqtisadi və mədəni həyatlarında fəal iştirak edirlər. Buna görə də Azərbaycanda onların həyatı digər dinlərlə bərabər paralel gedir və yəqin ki, getməkdə də davam edəcək. Söhbətimizi 2011-ci ildə turizm sahəsində yazan ən güclü jurnalist adına layiq görülmüş Pol Stilin sözləri ilə bitirmək istərdim: “Azərbaycanda dini etiqad azadlığı insanda həqiqətən də fəxarət hissi doğurur”.

Günel MUSA

 





04.04.2013    çap et  çap et