525.Az

“Azərbaycan qanunlarını pozan beynəlxalq QHT-lərlə əməkdaşlıq dayandırılacaq”


 

“Azərbaycan qanunlarını pozan beynəlxalq QHT-lərlə əməkdaşlıq dayandırılacaq”<b style="color:red"></b>

“Milli Demokratiya İnstitutunun, o cümlədən digər xarici QHT-lərin Azərbaycanda fəaliyyətini tənzimləyən qanunlar var.

 Bu qanunlara əməl edəcəyi təqdirdə bütün beynəlxalq QHT-lərə Azərbaycanda fəaliyyət göstərmək üçün şərait yaradılacaq”.
 
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
 
Şöbə müdiri bildirib ki, bununla yanaşı, Azərbaycan hakimiyyətinin iradəsi ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti və ölkənin bu sahə ilə məşğul olan qurumları ölkə qanunvericiliyinə sayğısızlıq nümayiş etdirən, qanunları pozan beynəlxalq QHT-lərlə əməkdaşlığı dayandıracaq: “O qurumların Azərbaycanda fəaliyyətinə imkan verməyəcəyik”. 

 





04.04.2013    çap et  çap et